"Monako"nun yeni baş məşqçisi

Fransanın “Monako” klubuna yeni baş məşqçi təyin olunub.

Sportline.az xəbər verir ki, Liqa 1 təmsilçisinin “sükan”ı Filipp Klemana tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

47 yaşlı belçikalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Kleman son olaraq Belçikanın “Brügge” komandasını çalışdırıb.

O, “Monako”da istefaya göndərilən Niko Kovaçı əvəzləyib.