Montella: "Arda kimi futbolçu yoxdur"

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella Arda Gülərlə bağlı düşüncələrini bölüşüb.

Sportline.az xəbər verir ki, italiyalı mütəxəssis 19 yaşlı futbolçunun fitri istedada malik olduğunu vurğulayıb.

"Arda çox istedadlı futbolçudur. Bəli, o, bəzi oyun komponentləri üzərində işləməlidir. Amma, onu meydana buraxmamaq mümkün deyil. Yəqin ki, onun iştirak etdiyi oyunlarda fərqi hiss edirdsiniz. Onun kimi futbolçu yoxdur. Bəzi keyfiyyətlərini də təkmilləşdirdikdən sonra daha mükəmməl oyunçu olacaq", - deyə Montella UEFA-nın saytına bidirib.

Qeyd edək ki, Türkiyə millisi bu gün 1/8 final matçında Avstriya seçməsi ilə münasibətləri aydınlaşdıracaq.