Morata "Real"da
"Yuventus"un şərəfini qoruyan Alvaro Morata yenidən "Real"a qayıdıb. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, 2014-cü ildə Turin təmsilçisinə keçən hücumçunun transferi 30 miylon avroya başa gəlib. Belə ki, razılaşmaya əsasən, "Kral klubu" bu məbləği ödəyərək futbolçunu geri qaytara bilərdi.
Qeyd edək ki, Morata "Yuventus"da çıxış etdiyi müddətdə 63 oyuna 15 qol vurub.