Morqan Rocers "Bavariya"da çıxış edə bilər

"Aston Villa"nın futbolçusu Morqan Rocers yayda "Bavariya"ya keçə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Times Sport" nəşri məlumat yayıb.

23 yaşlı oyunçunun transfer qiyməti 80 milyon avrodur.

Qeyd edək ki, M.Rocers bu mövsüm meydana çıxdığı 45 matçda 10 qol, 7 asistlə yadda qalıb.