Mourinyo 0:4 hesablı məğlubiyyət haqda

"Roma"nın baş məşqçisi Joze Mourinyo İtaliya A seriyasının 5-ci turunda səfərdə "Udineze"yə 0:4 hesabı ilə uduzduqları matçı şərh edb.

Sportline.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı oyunsonrası mətbuat konfransında deyib:

"Çətin rəqib, çətin qarşılaşma idi. "Udineze" böyük komandalarla oyunda necə davranacağını yaxşı bilir. Bu komandaya qarşı görüşdə hesabda geri düşmüsənsə, deməli, başın dərddədir.

Əslində oyuna yaxşı başlamışdıq. Məncə, Paulo Dibala meydanın ən yaxşısı idi... Amma qapımızda qol görəndən sonra oyunun ritmini tuta bilmədik. Rəqib buna imkan vermədi. 0:4 hesabı ilə uduzmuşuqsa, hakimlərdən danışmayacağam. Bu, mənim üçün qaydadır. 

Əlbəttə, belə məğlubiyyət dəhşətlidir. Belə məğlubiyyət azarkeşlərimiz üçün çox üzücüdür. Ancaq bu, həyatdır.  İrəli baxmalıyıq. Bir oyunda 0:4 hesabı ilə uduzmaq dörd matçda 0:1 hesabı ilə məğlub olmaqdan yaxşıdır".