Mourinyo 5 oyunluq cəzalandırıla bilər

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo 5 oyunluq cəzalandırıla bilər.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna səbəb onun İngiltərə Premyer Liqasının 10-cu turunda "Vest Hem"ə qarşı matçda hakimə qarşı etdiyi hərəkətləridir. Onun hakimi təhqir etdiyi iddia edilib.

Bununla bağlı İngiltərə Futbol Federasiyasının İntizam Komtisəi araşdırmalara başlayıb. Qurumun qərarı oktyabrın 29-u verəcəyi gözlənilir.