Mourinyo: “9 turdan sonra 7 xal itirdik”

“Fənərbağça”nın portuqaliyalı baş məşqçisi Joze Mourinyo mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis hakimlərin qərarlarından narazı olduğunu dilə gətirib.

“9 turdan sonra 7 xal itirdik. Bu sadəcə bizim səhvlərimizlə meydana gəlmədi. Hakim qərarları matçın talehinə təsir göstərən əsas faktorlardan biridir. Futbolçuma qarşı edilən foul bizim stadionda baş versəydi başqa qərar qəbul edilə bilərdi”,- deyə J.Mourinyo bildirib.

Qeyd edək ki, “Fənərbağça” turnir cədvəlində 17 xalla 4-cü pillədə qərarlaşır.