Mourinyo çalışdırdığı klublarla çıxdığı ilk rəsmi görüşlərdə yalnız bir dəfə məğlub olub
Portuqaliyalı mütəxəssis Joze Mourinyo bu gün "Fənərbağça" ilə ilk rəsmi oyununa "Luqano" qarşısında çıxacaq.
Sportline.az Voleapp İnstagram hesabına istinadla xəbər verir ki, təcrübəli mütəxəssis bu günə qədər çalışdırdığı klubların "sükanı arxasında" çıxdığı ilk matçlarda yalnız 1 dəfə məğlub olub.
Həmin oyunlar siyahısı aşağıdakı kimidir:
"Boavişta"-"Benfika" 1:0 (M)
"Braqa"-"Lieria" 0:0 (B)
"Porto" -"Maritimo" 2:1 (Q)
"Çelsi"- "Mançester Yunayted" 1:0 (Q)
"İnter"-"Roma" 2:2 (PEN 8-7) (Q)
"Malyorka"- "Real" Madrid 0:0 (B)
"Lester Siti" - "Mançester Yunayted" 1:2 (Q)
"Vest Hem" - "Tottenhem" 2:3 (Q)
"Trabzonspor"-"Roma" 1:2 (Q).
Qeyd edək ki, Uefa Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Luqano"-"Fənərbağça" oyunu bu gün saat 22:30-da başlanacaq.