Mourinyo "Mançester Yunayted"dən gedir

Joze Mourinyo "Mançester Yunayted"lə yolları ayırmağa hazırlaşır. 

SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis mövsümün sonunda "qırmızı şeytanlar"la vidalaşmaq niyyətindədir. Məlumata görə, əldə olunan uğursuz nəticələr və çempionluq yarışında "Mançester Siti"dən 15 xal geridə qalma J.Mourinyonun belə qərar verməsinə səbəb olub.

Kluba yaxın olan mənbənin bildirdiyinə görə portuqaliyalı mütəxəssis komandada həvəssiz işləyir və sonuncu məşqdə iştirak etməyib. 

Qeyd edək ki, J.Mourinyo 2016-cı ildən "Mançester Yunayted"in uğurları üçün çalışır.