Mourinyonun etirazı

“Roma”nın baş məşqçisi Joze Mourinyo  İtaliya A seriyasının 7-ci turunda “ Atalanta”ya uduzduqları oyundan ( 0:1) sonra hakimlik haqda  danışıb. 

Sportline.az xəbər verir ki,  portuqaliyalı mütəxəssis mətbuat konfransında futbolçusu Nikolo Zaniolonun epizodunda təyin olunmayan penalti qərarını şərh edərkən  bildirib:

"Bu, çox aydın penalti idi. Mən hakimdən bunun səbəbini soruşdum  və mənə izahat verməsini istədim. Dedi ki, Zaniolo yıxılmadığı üçün belə oldu. Ona görə də indi oyunçularıma tövsiyəmi dəyişməliyəm. Onlara deməliyəm ki, ayaqüstə qalmağa çalışmasınlar, topa oynamasınlar. Bu liqadakı bir çox insan kimi kloun olmalıdırlar".