Mourinyonun yeni il planı

Daim yüksək hədəflər haqqında düşünən Joze Mourinyo "Roma" ilə böyük uğurlara imza ata bilməyəcəyini qətiləşdirib.

Sportline.az "Foot Mercato"ya istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssis mövsümün sonunda İtaliya paytaxtı ilə vidalaşmağı planlaşdırır.

Mənbənin qənaətincə 2024-cü ilin iyununadək klubla müqaviləsi olan Mou yeni anlaşma imzalamaq niyyətində deyil.

60 yaşlı məşqçinin karyerasını harada davam etdirəcəyi ilə bağlı fikir yürütmək isə hələ tezdir.

Qeyd edək ki, 2021-ci ildən "canavarlar"ı çalışdıran Mourinyo komandaya Konfrans Liqasında qələbə qazandırıb. 

Hazırda aktivində 29 xalı olan "Roma" A Seriyasında 8-ci yeri tutur.