Mövsümün ən yaxşısı kim oldu?

İngiltərə Premyer Liqasında 2019/2020 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Brüyne mövsümün ən yaxşısı seçilib. O, namizədlər arasında "Liverpul"dan Trent Aleksander-Arnold, Cordan Henderson, Sadio Mane, "Sauthempton"dan Denni İnqs, "Bernli"dən Nik Poup və "Lester Siti"dən Ceymi Vardini qabaqlayıb.

Qeyd edək ki, Brüyne 2019/2020 mövsümündə "Arsena"ın sabiq hücumçusu Tyerri Anrinin Premyer Liqadakı qol ötürməsi rekordunu (20 qol ötürməsi) təkrarlayıb. Bundan başqa, belçikalı oyunçu 13 qol vurub.