Mövsümün oyunçusu kim olacaq?

İngiltərə Premyer Liqası ötən mövsümün futbolçusu adlına namizədləri açıqlayıb.

Sportline.az xəbər verir ki, siyahıda 7 futbolçu yer alıb. Onlardan üçü 30 ildən sonra çempion olan "Liverpul”u təmsil edir. Bunlar Trent Aleksander-Arnold, Cordan Henderson, Sadio Manedir. Siyahıda həmçinin Kevin De Breyne ("Mançester Siti”), Denni İnqs ("Sauthempton”), Nik Poul ("Bernli”), Ceymi Vardi ("Lester”) yer alıblar.

Jurnalistlər versiyasına əsasən mövsümün ən yaxşısı Henderson seçilib.