Mövsümün startı təxirə salındı

Futbol üzrə Qazaxıstan Premyer Liqasında 2020/2021 mövsümü nəzərdə tutulan vaxtda başlamayacaq.

Sportline.az xəbər verir ki, ölkədə koronavirus pandemyası ilə əlaqədar karantin rejiminin müddətinin 2 həftəlik uzadılması səbəbindən çempionat qeyri-müəyyən müddətədək yenidən təxirə salınıb.

Yeni mövsümlə bağlı qərar karantin müddəti başa çatdıqdan sonra veriləcək.

Qeyd edək ki, Qazaxıstan Premyer Liqası avqustun 3-də başlamalı idi.