Moyze Kaysedo üçün 110 milyon avro
“Liverpul” Moyze Kaysedo üçün “Brayton”a 110 milyon avro təklif edib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, “qırmızılar” “Brayton”la razılıq əldə etməyə yaxındırlar.
Futbolçu özü də “Liverpul”da çıxış etmək itədiyini deyib.
Qeyd edək ki, Moyze Kaysedo ötən mövsüm “Brayton”un heyətində keçirdiyi 43 oyunda 1 qol və 1 asist müəllifi olub.