Murad Musayevdən "Krasnodar" açıqlaması
"Sabah"ın baş məşqçisi Murad Musayev sabiq klubu "Krasnodar"a qayıdacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Sportline.az xəbər verir ki, 38 yaşlı mütəxəssis sports.ru-ya açıqlamasında bu məlumatları təkzib edib:
" Xeyr, bu xəbərlər doğru deyil. Klub çətin vəziyyətə düşüb. "Krasnodar"a gələcəkdə güc və uğurlar arzulayıram".
Qeyd edək ki, Musayev ötən ilin oktyabr ayından "Sabah"ı çalışdırır. O, 2017 - 2021-ci illərdə "Krasnodar"ın baş məşqçisi olub.