Musa Qurbanlı “Zirə”yə keçir?
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oğlu Musa Qurbanlının “Zirə”yə keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Sportline.az xəbər verir ki, bu gün “Şerif”lə oyunöncə təşkil edilən mətbuat konfransında Q.Qurbanov deyib ki, hazırda Musa “Qarabağ”ın oyunçusudur:
"Bu gün Musa komandadadır. Gələcəkdə necə olacaq deyə bilmərəm. Gənclərin başqa komandaya gedib oynayaraq təcrübə qazanmasını həmişə istəmişəm. Belə ehtimal olarsa, hər hansı bir futbolçumuz üçün belə bir addım atarıq".