Muslera son qərarını verdi
“Qalatasaray”ın uruqvaylı qapıçısı Fernando Muslera mövsümün sonunda futbolçu karyerasını başa vuracağını açıqlayıb.
Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, 38 yaşlı kiper mövsümün sonunda futbolla vidalaşacağı bildirilir.
Musleranın “Qalatasaray”la müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Qeyd edək ki, F.Muslera daha əvvəl “Montevideo Vonderers”, “Nasional” və “Latsio” kimi klubların şərəfini qoruyub.