Musleranın yerinə 5 namizəd
''Qalatasaray''ın uruqvaylı qapıçısı Fernando Muslera sezon sonunda klubu tərk edəcək.
Sportline.az Aspor.com.tr-ə istinadla xəbər verir ki, 38 yaşlı qapıçının yerinə 5 namizəd var.
"Sarı-qırmızılılar"ın əsas hədəfi mövsümün sonunda ''Liverpul''dan ayrılacaq Alisson Bekerdir.
Braziliyalı qapıçı ilə ''İnter''in də maraqlanması ''Qalatasaray''ın işini çətinləşdirir.
Bu siyahıda David de Xeya, Kepa Arissabalaqa, Uğurcan Çakır və ''Eyüpspor''dan Berke Özer də var.
Qeyd edək ki, Muslera ''Qalatasaray''ın 1 illik müqavilə təklifini rədd edib.