Namik oynadı, komandası uduzdu

Azərbaycan millisinin üzvü Namik Ələskərovun da çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci liqasında növbəti oyununa çıxıb. 

Sportline.az xəbər verir ki, komanda 25-ci turda "Ankaragücü" ilə qarşılaşıb. Hesabı 33-cü dəqiqədə "Bursaspor"un futbolçusu Erdem Uğurlu açsa da, "Ankaragücü" daha sonra ardıcıl 2 qol vuraraq qələbə qazanıb. 

Namik bu oyunda meydana start heyətdə daxil olub. O, 61-ci dəqiqədə Tievi Bifouma ilə əvəzlənib. 

Qeyd edək ki, "Bursaspor" hazırda turnir cədvəlində 24 xalla 16-cı, "Ankaragücü" isə 52 xalla liderdir.

"Ankaragücü" - "Bursaspor" - 2:1

Qollar: Özgenç, 72, Ovusu, 73 - Uğurlu, 33