Namikin baş məşqçisinə ağır cəza

Azərbaycan millisinin üzvü Namik Ələskərovun da çıxış etdiyi "Bursaspor"un baş məşqçisi Mustafa Er cəzalandırılıb.

Sportline.az xəbər verir ki, buna səbəb 42 yaşlı mütəxəssisin Türkiyə 1-ci  Liqasının 31-ci turunda "İstanbulspor"la oyunundakı davranışları olub.  Baş məşqçi hakimin ünvanına təhqiramiz ifadələr səsləndirdiyinə görə İntizam Komitəsi tərəfindən üç oyunluq diskvalifikasiya edilib. Həmçinin Mustafa Erə pul cəzası da verilib.

Qeyd edək ki, "Bursaspor" sona 5 tur qalmış 32 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.