Namikin komandası uduzdu
Millimizin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci liqasında 22-ci turdan təxirə salınmış oyuna çıxıb.
Sportline.az xəbər verir ki, komanda "Eyüspor"un qonağı olub.
Yanvarın 23-də keçirilməli olan matç güclü qar səbəbindən 13-cü dəqiqədə- meydan sahibləri 1:0 hesabı ilə öndə olduğu vaxt yarımçıq dayandırılmışdı. Qaldığı yerdən davam edən görüşdə daha 2 qol vuran "Eyüpspor" 3:0 hesabı ilə qalib gəlib. N.Ələskərov start heyətdə meydana çıxıb və sonadək oynayıb.
"Bursaspor" hazırda 25 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.