Nani "Fənərbaxça"dan getdi

Nani “Fənərbaxça” ilə yollarını ayırıb. Portuqaliyalı ulduz bundan sonra İspaniyanın “Valensiya” klubunun şərəfini qoruyacaq. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun keçidinə görə “Yarasalar” İstanbul təmsilçisinə 8 milyon yarım avro təzminat ödəyəcəklər.

Qeyd edək ki, futbolçunun “Valensiya” ilə hansı müddətə razılığa gəldiyi, hələ ki, açıqlanmır.