“Napoli” argentinalı futbolçunu heyətinə qatmaq istəyir
Yarımmüdafiçi axtarışında olan “Napoli”də diqqətlər İspaniyaya yönəlib.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, “Napoli” “Real Betis”də çıxış edən argentinalı yarımmüdafiəçi Quido Rodriqezlə maraqlanır.
Quido Rodriqez bu mövsüm “Betisl”ə çıxdığı 19 oyunda 2 qol vurub.Onun, klubla olan müqaviləsi mövsümün sonu başa çatacaq.
Qeyd edək ki, “Napoli” İtaliya A Seriyasında keçirdiyi 32 oyundan sonra 8-ci yerdə qərarlaşır.