"Napoli" çempionluğa gedir

"Napoli" İtaliya A seriyasında 24-cü tur oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Neapol təmsilçisi "Empoli"nin qonağı olub və 2:0 hesabı ilə qalib gəlib. Bu, komandanın ölkə çempionatında ardıcıl 8-ci qələbəsi olub.

"Empoli" - "Napoli" - 0:2
Qollar: İsmayli-avtoqol, 17, Osimhen, 28
Qırmızı vərəqə: Ruy, 67 ("Napoli")

Bu qələbə ilə xalını 65-ə yüksəldən "Napoli" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "İnter" 47 xalla 2-ci, "Roma" 44 xalla 3-cüdür.

Banner