"Napoli" Osimhenin qiymətini açıqladı
“Napoli” nigeriyalı hücumçusu Viktor Osimhenin qiymətini açıqlayıb.
Sportline.az Sport1 saytına istinadən xəbər verir ki, Neapol klubu 24 yaşlı futbolçunu 100 milyon avrodan yuxarı məğləğdə satacağını bildirib.
Nigeryalı qoleadorla “Bavariya”, “Çelsi” və “Mançester Yunayted” maraqlanır.
Qeyd edək ki, Viktor Osimhen bu mövsüm A seriyasında çıxdığı 24 oyunda 21 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.