"Napoli" Osimhenin transfer qiymətini açıqladı
İtaliyanın “Napoli” klubu ulduz futbolçusunu satmağa hazırdır.
Sportline.az La Gazzetta dello Sport qəzetinə istinadən xəbər verir ki, “Napoli” nigeriyalı hücumçusu Viktor Osimheni 150 milyon avroya satmağı planlaşdırır.
Nigeriyalı hücumçunun müqaviləsi 2025 ci ilin 30 iyul tarixində başa çatır.
Qeyd edək ki, Osimhen bu mövsüm bütün turnirlərdə çıxdığı 31 oyunda 26 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.