"Napoli" rəsmiləri bu futbolçu üçün "Qalatasaray"-'Fənərbağça" derbisini yerindən izləyəcəklər
Transfer çalışmalarına start verən "Napoli"də diqqətlər Türkiyəyə yönəlib.
Sportline.az Tuttosport.com-a istinadla xəbər verir ki, "Napoli" rəsmiləri Barış Alper Yılmazı izləmək üçün İstanbula gələcəklər. Onlar,23 yaşlı futbolçunu daha yaxşı dəyərləndirmək üçün Super Liqanın 37-ci turunda keçiriləcək "Qalatasaray"-"Fənərbağça" derbisini yerindən izləyəcəklər.
"Napoli" daha əvvəl Kim Min Je və Elif Elması "Fənərbağça"dan yüksək məbləğə heyətinə qatmışdı.
Qeyd edək ki, Barış Alper Yılmaz bu mövsüm "Qalatasaray"ın heyətində çıxdığı 53 oyunda 7 qol, 12 asistlə yadda qalıb.Onun hazırki transfer dəyəri 16 milyon avrodur.