"Napoli" yeni transferi açıqladı

"Napoli" heyəti daha b ir futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, neapollular "Bolonya"nın müdafiəçisi Sem Bekemanın transferini reallaşdırıblar.

Bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

Niderlandlı futbolçu ilə 2030-cu ilədək müqavilə imzalanıb.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi 2023-cü ildən "Bolonya"nın şərəfini qoruyurdu.