"Napoli"dən 2 cavabsız qol

"Napoli" İtaliya A seriyasında 26-cı tur oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Neapol təmsilçisi "Atalanta"nı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.

"Napoli" - "Atalanta" - 2:0
Qollar
: Xviça Kvaratsxeliya, 60, Rrahmani, 77

Bu qələbə ilə xalını 68-ə çatdıran (26 oyun) "Napoli" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "İnter" 50 xalla (26 oyun) 2-ci, "Latsio" 48 xalla (25 oyun) 3-cüdür.