"Naxçıvan Open" şahmat turniri davam edir
Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi “Naxçıxan Open” turniri keçirilir.
Sportline.az xəbər verir ki, yarışda 20-i qrossmeyster olmaqla 300-dən çox şahmatçı mübarizə aparır. İdmançılar reytinq kateqoriyasına uyğun 3 qrup üzrə yarışırlar.
“Naxçıvan Open”də Respublikamızın nümayəndələrindən əlavə Amerika Birləşmiş Ştatları, Ukrayna, Belçika kimi ölkələrdən olan qrossmeysterlər də qələbə uğrunda yarışırlar. 2-ci turda turda azərbaycanlı şahmatçılardan Murad İbrahimli latviyalı qrossmeyster Nikita Meşkovu məğlubiyyətə uğradaraq liderliyə yiyələnib. Qrossmeysterimiz Nicat Abbasov da qalib gəlib, o, liderin ən yaxın izləyicisidir. İlk 3-lüyü isə daha bir qrossmeysterimiz Eltac Səfərli tamamlayır. Xatırladaq ki, “Naxçıvan Open” turniri mayın 10-u başa çatacaq.