Nazarovun komandasından 1 xal

Almaniyanın 2-ci Bundesliqasında ikinci turun oyunlarına start verilib.

Sportline.az xəbər verir ki, milli komandamızın üzvü olan Dmitri Nazarovun forma geyindiyi “Erzgebirge” “Qreuter Fert”i qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Nazarov isə görüşə start heyətdə daxil olub. 30 yaşlı yarımmüdafiəçi 60-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, aktivində 4 xalı olan “Erzgebirge” çempionatın turnir cədvəlinə başçılıq edir.