Ndlovu rəsmən Çin klubunda
"Qarabağ"dan ayrılan Dino Ndlovunun Çinin “Xançjou Qrintaun” klubuna keçidi rəsmiləşib. SportLine.az xəbər verir ki, hücumçu yeni klubu ilə iki illik müqaviləyə qol çəkib.
Futbolçunun keçidi Çin klubunu 675 min funt-sterlinq xərcə salıb.
Qeyd edək ki, Dino Ndlovu “Qarabağ”a 2016-cı ilin yayında “Anortosis”dən keçmişdi.