Nəbiyevin komandası uduzdu
Çexiya 2-ci divizionunda 23-cü turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) səfərdə "Dukla Praqa" ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
Fərid Nəbiyev bu matçda iştirak edib. O, 75-ci dəqiqədə meydana daxil olub.
"Viktoriya" hazırda 11 xalla 16 komanda arasında turnir cədvəlində sonuncu-16-cı pillədə qərarlaşıb.