Nəbiyevin komandasından heç-heçə

Çexiya 2-ci divizionunda 24-cü turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) səfərdə "Çrudim"la qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Fərid Nəbiyev bu görüşdə iştirak edib. O, 46-cı dəqiqədə meydana daxil olub.

"Viktoriya" hazırda 13 xalla 16 komanda arasında turnir cədvəlində sonuncu-16-cı pillədə qərarlaşıb.