"Neftçi" braziliyalının cavabını gözləyir

 "Neftçi" Braziliyanın ABC klubunun yarımmüdafiəçisi Vitor Juniordan cavab gözləyir. Sportline.az xəbər verir ki, klubun meneceri Eldəniz Yusifov B Seriyasında çıxış edən braziliyalı futbolçuya təklif göndərdiklərini, lakin hələ də cavab almaqdıqlarını bildirib:

“Biz Vitora öz təklifimizi göndərmişdik. Amma cavab ala bilmədik. Onun başqa təklifləri də var. Yəqin onları dəyərləndirir. Hələlik məsələ tam qapanmayıb, açıq olaraq qalır. Hər şeyə sabah aydınlıq gələcək”.