"Neftçi" bu mövsüm ilk dəfə səfərdə böyükhesablı qələbəyə imza atıb

Misli Premyer Liqasının XVIII turunda "Araz-Naxçıvan"la qarşılaşan "Neftçi" cari mövsümdə ilk dəfə səfərdə böyükhesablı qələbəyə imza atıb.

Sportline.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, paytaxt təmsilçisi rəqib meydanında 4:0 hesabı ilə qalib gəlib.

"Ağ-qaralar" sonuncu dəfə belə nəticəyə 2023/2024 mövsümündə imza atıb. Bunu 624 gün gözləyən Bakı klubu 2024-cü il mayın 18-də "Səbail"in meydanında üç cavabsız qola sevinib.

"Neftçi"nin səfərdəki 4 və ya daha çox top fərqli qələbəsi isə 2022/23 mövsümündə qeydə alınıb. "Liv Bona Dea"dakı uğurdan 1030 gün əvvəl – 2023-cü il aprelin 8-də "Sumqayıt" qonaqların 4 cavabsız qoluna üzülüb.