“Neftçi” Emin Mahmudovla yeni müqavilə ilə bağlı ilkin razılığa gəlib
“Neftçi” futbolçusu Emin Mahmudova yeni müqavilə təklif edib.
Sportline.az "Report"a istinadən xəbər verir ki, Bakı klubu kapitanı ilə danışıqlara start verib.
“Ağ-qaralar” 30 yaşlı yarımmüdafiəçinin mövsümün sonuna qədər olan sözləşməsini daha 3 illik uzatmaq niyyətindədirlər. Bir neçə xarici klubun diqqət mərkəzində olmasına baxmayaraq, Mahmudov özü də hazırkı komandasında qalmaqda maraqlıdır.
Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən “Neftçi”nin formasını geyinir. O, cari mövsüm Premyer Liqada keçirdiyi 17 oyunda 10 qola imza atıb.