"Neftçi" iki məşqçi ilə yolları ayırıb

"Neftçi" iki məşqçi ilə yollarını ayırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki,  "ağ-qaralar" əvəzedicilərin məşqçisi Aleksandr Qross və U-17 komandasının baş məşqçisi Arslan Quliyevin müqavilələrinə xitam verilib.

Hər iki məşqçi bundan sonra Azərbaycanın aşağı yaş qrupu üzrə yığmalarında çalışacaqlar. 

Qrossun U-19-un baş məşqçisi Vüqar Məmmədin köməkçisi olacağı, Quliyevin isə U-17-nin məşqçilər korpusunda yer alacağı gözlənilir. Bu yaş qrupu üzrə komandaya Ramin Quliyev başçılıq edir.