“Neftçi” “Kəpəz”ə qalib gəlib

Futbol üzrə Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib.

Sportline.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçında “Neftçi” “Kəpəz”i qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0. “Ağ-qaralar”ın yeni transferi Bassala Sambu 27-ci dəqiqədə qonaqları məyus edib. Forvard 61-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

İlk görüşdə 2:0 hesablı qalibiyyət əldə edən “Neftçi” mərhələ adlayan tərəf olub. Komanda bu raundda “Sabah”la üz-üzə gələcək.

Digər yarımfinal cütündə isə “Qarabağ” və “Araz-Naxçıvan” münasibətlərə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, bu raundun matçları apreldə olacaq.