"Neftçi" legioneri ilə vidalaşacaq

"Neftçi"klubu cari mövsümün sonunda futbolçusu Rener Alveslə yollarını ayıracaq.

 Sportline.az xəbər verir ki, bu barədə "Neftçi"nin baş məşqçisi Samir Abasov klub televiziyasında yayımlanan "Neftçi" mediada" verilişində azarkeşlərin suallarını cavablandırarkən deyib.

43 yaşlı mütəxəssis bildirib ki, braziliyalı futbolçuya şans vermək yox, ondan uzaqlaşmaq lazımdır.

Qeyd edək ki, Rener Alves "Neftçi"yə ötən yay transfer olunub.