"Neftçi" legionerinə yeni müqavilə təklif edəcək

"Neftçi" klubu qapıçısı İvan Brkiçə yeni müqavilə təklif edəcək.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi xorvatiyalı qolkiperi heyətində saxlamaq istəyir.

27 yaşlı çərçivə qoruyucusunun çıxışından razı qalan "ağ-qaralar" onu buraxmaq niyyətində deyil.

Qeyd edək ki, bu ilin yanvarından "Neftçi"də çıxış edən İvan Brkiçin Bakı klubu ilə cari mövsümün sonunadək müqaviləsi var.

Banner