"Neftçi" məşhur futbolçunu transfer etmək istəyir
“Neftçi” Rusiyanın “Ximki” klubunun futbolçusu Ayaz Quliyevi transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, klublar arasında Azərbaycan əsilli oyunçunun transferi müzakirə edilir.
“Neftçi” 26 yaşlı yarımmüdafiəçini 300 min avro qarşılığında heyətinə cəlb etməyə hazırdır. Ancaq “Ximki” rəhbərliyi Quliyevin satışından, təxminən, 500-700 min avro məbləğində qazanc götürmək niyyətindədir.
Hətta futbolçuya Azərbaycan vətəndaşlığı verilməsi də istisna edilmir.
Qeyd edək ki, Ayaz Quliyev “Ximki”yə bu ilin iyulunda Tula “Arsenal”ından keçib. Onun Rusiya Premyer Liqa klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.