"Neftçi" Polşa klubuna qarşı
Antalyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama matçına çıxacaq.
Sportline.az xəbər verir ki, "ağ-qaralar" Polşanın yüksək liqasında çıxış edən "Qurnik"lə ilə üz-üzə gələcək. Lençna təmsilçisi hazırda Polşa çempionatında 18 xalla 18 komanda arasında 15-ci pillədədir. Oyun Bakı vaxtı ilə 16:00-da başlayacaq.
Qeyd edə ki, "Neftçi" ilk sınağında Macarıstan "Kişvarda"sı ilə 2:2, Polşanın "Visla" (Plotsk) klubu ilə isə 1:1 hesablı heç-heçə edib.