"Neftçi" "Qalatasaray"a uduzdu

“Neftçi” Avropa Liqasında növbəti oyununa çıxıb.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşır. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayıb.

İlk mərhələdə Şimali Makedoniyanın “Şkupi” klubunu mübarizədən kənarlaşdıran (2:1) Füzuli Məmmədovun komandası Türkiyə nəhəngi ilə oyuna da qələbə üçün çıxıb.

Qeyd edək k, 3:1 hesabı ilə qalib gələn “Qalatasaray” “Hayduk”u (Xorvatiya) qəbul edəcək.

17 sentyabr

Avropa Liqası

2-ci təsnifat mərhələsi


20:00. “Neftçi” (Azərbaycan) – “Qalatasaray” (Türkiyə) - 1:3 
Qollar:
 Mbaye Diane, 19 (0:1), Mamadu Mbodj, 46 (1:1), Kristian Luyindama, 48 (1:2), Mbaye Diane, 63 (1:3)
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu