I Divizionda XII turun nəticələri
Azərbaycan 1-ci divizionunda 12-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, turun bütün matçları bu gün oynanılıb.
Qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
11 fevral (cümə axşamı)
13:00. “Sabah-2”– MOİK - 3:1
Qollar: Samir Məhərrəmli, 33 Ramin Məlikov, 77-avtoqol, Kamran Quliyev, 81 - İlyas Səfərzadə, 45+2
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)
14:00. “Zaqatala” – “Kəpəz” - 2:0
Qollar: Xəqani Sadıxov, 4 Aleksandr Şemonayev, 54
Zaqatala şəhər stadionu
14:00. “Turan Tovuz” - “Keşlə-2” - 0:0
Tovuz şəhər stadionu
14:00. “Qaradağ Lökbatan” – “Sumqayıt-2” - 1:0
Qol: Elnur Səmədov, 45
Lökbatan Olimpiya İdman Kompleksinin Stadionu
15:00. “Neftçi-2” – “Qarabağ-2” - 1:0
Qol: Rauf Hüseynli, 45+2-avtoqol
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança)