"Neftçi" "Qaziantep"ə qarşı

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən "Qaziantep"lə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edən "ağ-qaralar" növbəti görüşündə "Sivasspor"a uduzub - 0:1.