"Neftçi" - "Şkupi": Başlama vaxtı müəyyənləşdi

"Neftçi”nin Avropa Liqasının birinci təsnifat mərhələsindəki oyununun başlanma saatı müəyyənləşib.

Sportline.az xəbər verir ki, Şimali Makedoniyanın "Şkupi” klubu ilə avqustun 27-də "Bakcell Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək.

Cütün qalibi bir oyundan sonra müəyyənləşəcək.