"Neftçi" növbəti mərhələdə

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, son oyun günündə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün gümüş mükafatçısı "Neftçi" də mübarizəyə qoşulub.

"Ağ-qaralar" avrokubok macərasına Şimali Makedoniya "Şkupi"si ilə matçla start verib. "Bakcell Arena"da keçirilən görüş "Neftçi"nin 2:1 hesablı qələbəsilə başa çatıb.

Avropa Liqası
I təsnifat mərhələsi
27 avqust

20:00. "Neftçi" (Azərbaycan) – "Şkupi" (Şimali Makedoniya) 2:1
Qollar: Sabir Buqrin, 67 (1:0), Anton Krivotsyuk, 88 (2:0), Darboe, 90+3 (2:1)
Qırmızı vərəqə: Qudiabi, 70 ("Şkupi")
Hakimlər:
 Aleksandrs Qolubevs, Raymonds Tatriks, Yevgeniys Morozovs, Artis Kenins (hamısı Latviya)

Bakı, "Bakcell Arena"