"Neftçi" və "Kəpəz"in veteran futbolçusu vəfat etdi
"Neftçi" və "Kəpəz"in veteran futbolçusu Arzu Mirzəyev dünyasını dəyişib.
Sportline.az xəbər verir ki, sabiq yarımmüdafiəçi 58 yaşında vəfat edib. O, səhər saatlarında yaşadığı evdə ölü vəziyyətində aşkarlanıb.
Mirzəyev 1979 - 1983-cü illərdə "Kəpəz"də, 1984 - 1991-ci illərdə "Neftçi”də forma geyinib. O, flaqmanın heyətində 181 oyun keçirib, 5 qol vurub. Mirzəyev futbolçu karyerasını bitirdikdən sonra "Kəpəz" və Gədəbəy klubu "Narzan"da baş məşqçi də olub.
O, son illərdə Gəncədəki "Təhsil" İdman Mərkəzində məşqçi işləyib.